Lavrov Rusiyanın Suriyadakı hərbi bazalarından danışıb
Tarix: 29-12-2024 13:46 | Bölmə: Dünya
Lavrov Rusiyanın Suriyadakı hərbi bazalarından danışıb

Rusiya hərbi bazalarının Suriyada yerləşdirilməsi beynəlxalq hüquq normalarına uyğun olaraq bağlanmış mövcud dövlətlərarası müqavilələrlə nəzərdə tutulub.

Reyting.az
xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RİA Novosti” agentliyinə müsahibəsində bildirib.

Lavrovun sözlərinə görə, qeyd olunan sazişlərin hər biri bu obyektlərin fəaliyyətinin şərtlərini müəyyənləşdirir və hər iki tərəfin müəyyən öhdəliklərini ehtiva edir.

“Suriya suveren ölkədir və xarici tərəfdaşlarla müqavilələr bağlamaq və onu ləğv etmək hüququna malikdir. Müasir Suriya dövlətinin mövcud olduğu onilliklər ərzində bir çox müqavilələr imzalanıb. Eyni zamanda, onun yeni səlahiyyətli orqanları tərəfindən bu cür aktların inventarlaşdırılması və onlara yenidən baxılması istiqamətində görülən işlərdən xəbərimiz yoxdur. Rusiya tərəfinə bununla bağlı heç bir müraciət daxil olmayıb. Və bu məntiqlidir”, - deyə Lavrov əlavə edib.

Nazir deyib ki, Suriyada 2025-ci il martın 1-dək “keçid dövrü” elan edilib və hazırkı hökumət onun siyasətinə məlum konstitusiya və institusional məhdudiyyətlər qoyan müvəqqəti statusa malikdir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-12-2024, 08:34 Ottava Pekinə etiraz edir

bütün xəbərlər