Yeni il hücumunu araşdıran prokurorun meyiti tapılıb
Tarix: 06-01-2025 09:32 | Bölmə: Dünya
Yeni il hücumunu araşdıran prokurorun meyiti tapılıb

ABŞ-nın Yeni Orlean şəhərində prokurorun meyiti tapılıb.

Reyting.az
xəbər verir ki, söhbət Yeni il şənlikləri zamanı avtomobilini kütlənin üstünə sürərək 15 nəfərin öldüyü, 35 nəfərin yaralandığı hadisəni araşdıran rayon prokurorunun köməkçisi Yan Kerstinqdən gedir.

Cinsi qısnama halları üzrə ixtisaslaşan 34 yaşlı Kerstinq Nyu Orleanda baş verən ən son atışmanı araşdırırdı. Həmin gecə barrikadaların qurulmamasının əsl səbəbi haqqında nəsə bildiyi güman edilən Kerstinq axşam saat 9 radələrində evində ölü tapılıb.

Təcili Tibbi Yardım Xidməti hadisəyə reaksiya verib və Kerstinqin özünə atəş açdığını və aldığı güllə yarasından öldüyünü təsdiqləyib. Kerstinqin ölümü “açıq-aşkar intihar” kimi səciyyələndirilsə də, bu, şübhələri də artırıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər