Keçmiş baş nazir ölüb
Tarix: 06-01-2025 09:49 | Bölmə: Dünya
Keçmiş baş nazir ölüb

Yunanıstanda keçmiş baş nazir Kostas Simitisin vəfatı ilə əlaqədar ölkədə 4 günlük milli matəm elan edilib.

Reyting.az
bildirir ki, Yunanıstan Dövlət Televiziyası ERT-nin xəbərinə görə, bu gün dünyasını dəyişən 88 yaşlı Simitisin dəfn xərcləri dövlət büdcəsi hesabına qarşılanacaq.

Mərasim yanvarın 9-da yerli vaxtla saat 12:00-da keçiriləcək. Simitis üçün elan edilən milli matəmlə əlaqədar bütün dövlət qurumlarında bayraqlar 4 gün ərzində yarıya qədər endiriləcək.

Qeyd edək ki, bu gün səhər saatlarında təcili yardım maşını ilə Korintos xəstəxanasına aparılan Simitis xəstəxanaya çatanda ölüb. 1936-cı ildə anadan olan Simitis Yunanıstanda dəfələrlə hakimiyyətdə olan PASOK-un qurucu üzvlərindən biri olub. Simitis PASOK hökuməti dövründə dəfələrlə nazir vəzifəsində çalışsa da, 1996-2004-cü illərdə həm partiya lideri, həm də baş nazir olub. Hüquq və iqtisadiyyat təhsili almış Simitis bir çox universitetlərdə akademik olaraq da mühazirələr oxuyub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər