Ukrayna danışıqlar masasına oturmağa məcbur olacaq
Tarix: 06-01-2025 17:39 | Bölmə: Dünya
Ukrayna danışıqlar masasına oturmağa məcbur olacaq

ABŞ-nın yeni prezidenti Donald Trampın Ukraynadakı müharibəni bir gündə bitirəcəyinə dair vədlərinə baxmayaraq, bu, “tez və asan” olmayacaq.

Reyting.az
xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ölkənin diplomatik korpusu ilə görüşü zamanı bildirib.

Beləliklə, o, Qərbə münaqişədən “yorğunluq” ucbatından “kompromis” axtarmamaq barədə xəbərdarlıq edib. Onun fikrincə, bu, Qərbin nüfuzunu sarsıdacaq. “Amerikanın yeni prezidenti də bilir ki, Ukrayna uduzsa, ABŞ-nın nəsə qazanmaq şansı olmayacaq”, - deyə Fransa lideri əlavə edib.

Fransa prezidenti vurğulayıb ki, ukraynalılar “ərazi məsələləri ilə bağlı real müzakirələr aparmalı” olacaqlar, çünki 2022-ci ildə Rusiyanın işğalı nəticəsində yaranan münaqişənin həllinə “yalnız onlar rəhbərlik edə bilər”.

Makronun sözlərinə görə, ABŞ Rusiyanı danışıqlar masasına oturmağa inandırmaq üçün “vəziyyətin mahiyyətini dəyişməyə” kömək etməlidir. Eyni zamanda, Fransa lideri hesab edir ki, Ukrayna üçün gələcək təhlükəsizlik təminatları ilk növbədə Avropanın üzərinə düşəcək.

ELÇİN




Bölməyə aid digər xəbərlər
6-01-2025, 09:49 Keçmiş baş nazir ölüb

bütün xəbərlər