Ermənistan ərazisində zəlzələ olub
Tarix: 06-01-2025 19:16 | Bölmə: Dünya
Ermənistan ərazisində zəlzələ olub

Ermənistan ərazisində zəlzələ baş verib. Ölkənin Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin məlumatına görə, yeraltı təkanlar Cermuk yaxınlığında olub.

Reyting.az
xəbər verir ki, zəlzələ yerli vaxtla saat 17:28-də (GMT 13:28) qeydə alınıb. Zəlzələnin episentri Ermənistanın Cermuk şəhərindən 22 km şimal-qərbdə yerləşib.

Zəlzələnin maqnitudası 3,1, episentrdə gücü 4 bal olub.

Yeraltı təkanlar Vayodzor bölgəsində (2-4 bal), Vardenis (Geqarkunik) və Sisian (Syunik) ərazilərində 2-3 bal gücündə hiss olunub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
6-01-2025, 09:49 Keçmiş baş nazir ölüb

bütün xəbərlər