17:02 / 08-01-2025
Süni həyat yaradırlar
14:30 / 08-01-2025
Zaqatalada körpə ölüb
Danimarka kralı gerbini dəyişmək məcburiyyətində qalıb
Tarix: 07-01-2025 19:02 | Bölmə: Dünya
Danimarka kralı gerbini dəyişmək məcburiyyətində qalıb

Danimarka kralı Frederik ABŞ-nın yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı mübahisəli bəyanatları fonunda kral gerbini dəyişib.

Reyting.az
xarici mediaya istinadla bildirir ki, bəzi tarixçilər bu qərardan şoka düşüblər.

500 il ərzində gerblərdə üç tac var idi - Danimarka, Norveç və İsveç arasında Kalmar İttifaqının simvolu. Yeni versiyada onlar Qrenlandiya və Farer adalarını simvolizə edən qütb ayısı və qoç təsvirləri ilə əvəz edilib.

Kralın ofisi qərarı “birliyin nüfuzunu gücləndirmək” kimi izah edərək, üç tacın şəklinin artıq aktual olmadığını bildirib.

Qeyd edək ki, son vaxtlar ABŞ-nın yeni seçilmiş prezidenti başqa ölkələrin əraziləri ilə bağlı bir sıra açıqlamalar verib. Xüsusilə, o, bir neçə dəfə Kanadanın ABŞ-nın 51-ci ştatı olması təklifini səsləndirib və ölkənin baş naziri Castin Trüdoya lağ edib. Siyasətçi bildirib ki, Amerikanın Qrenlandiya üzərində nəzarətə ehtiyacı var.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
6-01-2025, 09:49 Keçmiş baş nazir ölüb