17:02 / 08-01-2025
Süni həyat yaradırlar
Prezident baş nazirə görə hökuməti buraxıb
Tarix: 08-01-2025 16:16 | Bölmə: Dünya
Prezident baş nazirə görə hökuməti buraxıb

San-Tome və Prinsipi Demokratik Respublikasının (DRSTP) Prezidenti Karlos Vila Nova hazırkı hökumətinin buraxıldığını elan edib.

Reyting.az
xəbər verir ki, Qvineya körfəzindəki ada dövləti ilə bağlı məlumatı STP agentiyi yayıb.

Prezident öz fərmanında bu addımın Nazirlər Kabinetinin səmərəsizliyi və baş nazir Patris Trovoadanın işdə və toplantılarda tez-tez iştirak etməməsi ilə bağlı olduğunu bildirib.

“Qərar hazırda çoxsaylı problemlərlə, xüsusilə iqtisadi və maliyyə, eləcə də onların sosial nəticələri ilə səciyyələnən DRSTP-dəki vəziyyət və hökumətin vəzifələrinin açıq şəkildə yerinə yetiriməməsi nəzərə alınaraq qəbul edilib. Bura həmçinin baş nazirin ölkədən tez-tez və uzun müddət kənarda qalması da daxildir ki, bu da DRSTP-nin dövləti və xalqı üçün ciddi fayda gətirmir, əksinə, dövlət vəsaitinin əsassız xərclənməsi ilə nəticələnir”,- deyə agentlik prezidentin fərmanından sitat gətirib.

Prezident baş nazir Trovoadanın rəhbərlik etdiyi hakim Müstəqil Demokratik Fəaliyyət (BDA) Partiyasını 72 saat ərzində baş nazir postuna başqa namizəd irəli sürməyə dəvət edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
6-01-2025, 09:49 Keçmiş baş nazir ölüb