İki silahlı qruplaşma razılaşsa da, YPG-dən səs çıxmır - Foto
Tarix: 14-01-2025 11:26 | Bölmə: Dünya
İki silahlı qruplaşma razılaşsa da, YPG-dən səs çıxmır

Suriyadakı bütün silahlı qruplar, o cümlədən “Təhrir əl-Şam” (HTŞ) və Suriya Milli Ordusu (SNA) nizami orduya qoşulmağa razılaşıb.

Reyting.az
xəbər verir ki, bu çərçivədə Suriya Milli Ordusu ilə danışıqlar nəticəsində HTŞ və SNA da daxil olmaqla, şimaldakı silahlı qrupların nizami orduda iştirakı ilə bağlı razılıq əldə olunub.

Suriya Müdafiə Nazirliyi hər hansı silahlı qruplaşmaya məzhəb, dini və ya regional xüsusiyyətlər verəcək təklifləri rədd edib.

Qeyd edək ki, YPG/PKK silahlı dəstələri bu prosesdə iştirak etmirlər. Bu, isə yaxın günlərdə onlara qarı əməliyyat siqnalı deməkdir.



Digər tərəfdən, Suriyanın faktiki lideri olan Əhməd Şara silahlı qruplara dövlət idarəçiliyində yer olmayacağını və bütün silahlı birləşmələrin nizami orduya qoşulmasının lazım olduğunu bildirib. Dövlətin institusional strukturunun prezidentlikdən parlamentə çevriləcəyini deyən Şara əlavə edib ki, yeni administrasiyanın bu prosesi müasir dövlət quruluşu üçün beynəlxalq standartlara əsaslanacaq. Şara yeni dövrdə qisas hissinə yer olmadığını, inqilabi zehniyyətin bir rejimi devirməyə uyğun ola biləcəyini, ancaq dövlət quruculuğu üçün zərərli olduğunu da diqqətə çatdırıb. Şara sosial sülhü təmin etmək üçün cəmiyyətin bütün təbəqələrini əhatə edəcəklərini və keçmişə deyil, gələcəyə fokuslanacaqlarını bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər