Sabiq prezident Poroşenko Zelenskini qınayır
Tarix: 03-02-2025 07:47 | Bölmə: Dünya
Sabiq prezident Poroşenko Zelenskini qınayır

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko hazırkı prezident Vladimir Zelenskinin ABŞ lideri Donald Tramp və onun administrasiyası ilə əlaqə qura bilməməsindən narahatlığını ifadə edib.

Reyting.az
xəbər verir ki, P. Poroşenko bu barədə “Facebook” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

P. Poroşenko yazıb ki, D. Trampın andiçmə mərasimindən iki həftə keçib və Kiyev hələ də Vaşinqtonla effektiv əlaqə kanalı yarada bilmir. Sabiq prezident bundan çox narahat olduğunu qeyd edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər