Belarusda Dubay şokoladı istehsal olunacaq
Tarix: 03-02-2025 12:08 | Bölmə: Dünya
Belarusda Dubay şokoladı istehsal olunacaq

2025-ci ildə Belarusun "Kommunarka" fabriki Dubay şokoladının reseptindən istifadə etməklə, ilk dəfə konfet istehsal edəcək. Şirkət "BelTA" nəşrinə onların necə və nədən hazırlanacağını, həmçinin bu delikatesin mağaza rəflərində nə vaxt görünəcəyi ilə bağlı məlumat verib.

Reyting.az
xatırladır ki, klassik Dubay şokoladı strukturuna görə adi şokolad çubuğuna bənzəsə də, yalnız içəridə ənənəvi şərq şirniyyatı var. Fərqli ola bilər, lakin "klassik" nazik türk kataifi xəmiri və püstə pastasının birləşməsidir. Belarus şirniyyatçılarının həyata keçirmək istədiyi resept də elə budur. Bu tərkibə isə şokolad, kataifi, həmçinin püstə ilə yanaşı, yaşıl çay və yağ da daxil olacaq. Üstəlik, bu yeni konfetlər əllə hazırlanacaq.

"Bu dünyaca məşhur şirniyyat öz faktura oyunu ilə də maraqlıdır: əridilmiş şokolad və gücləndirilmiş püstə, ağızda ləzzətlə xırtıldayan xəmir. Həm də mənə elə gəlir ki, bu yeni konfetlər gənc şirniyyatçıların diqqətini cəlb edə bilər",- deyə bu fabrikin texnoloqu, rəis müavini İrina Adarçenko bildirib.

Belarus Respublikasının "Kommunarka" şirniyyat fabrikinin məlumatına görə, yeni "Dubay şirniyyatları"-nın satışına bu ilin yazında başlamağı planlaşdırırlar.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər