Siyarto: Macarıstan sülh axtarışında artıq tək deyil
Tarix: 14-02-2025 09:19 | Bölmə: Dünya
Siyarto: Macarıstan sülh axtarışında artıq tək deyil

“ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsi ilə sülhdən danışmaq mümkün oldu”.

Reyting.az
xəbər verir ki, bunu Macarıstanın Xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib. O, bildirib ki, artıq Budapeşt Ukraynada sülhün təşviqində tək deyil.

P. Siyartonun sözlərinə görə, yalnız D. Trampın ABŞ-da hakimiyyətə qayıdışından sonra sülhdən danışmaq mümkün olub:

“Baydenin dövründə sülhdən danışan istənilən şəxs dərhal Kremlin casusu və təbliğatçısı kimi damğalanırdı”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər