Peskov: Lavrov və Uşakov Ər-Riyada uçurlar
Tarix: 17-02-2025 15:35 | Bölmə: Dünya
Peskov: Lavrov və Uşakov Ər-Riyada uçurlar

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bazar ertəsi Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə Ər-Riyada uçurlar.

Reyting.az
xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Xatırladaq ki, fevralın 15-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-nın dövlət katibi Marko Rubio arasında telefon danışığı olub. Onlar xüsusilə qarşılıqlı hörmət əsasında dialoqun bərpası üzərində işləməyə hazır olduqlarını təsdiqləyib və müntəzəm təmaslar, o cümlədən Putin və Tramp arasında görüşə hazırlıq barədə razılığa gəliblər.

“Bu gün prezident Putinin göstərişi ilə xarici işlər naziri Lavrov və prezidentin köməkçisi Yuri Uşakov Ər-Riyada uçurlar”, - deyə Peskov əlavə edib.

Onun sözlərinə görə, onların çərşənbə axşamı Ər-Riyadda amerikalı həmkarları ilə görüş keçirəcəkləri gözlənilir. O, ilk növbədə Rusiya-Amerika münasibətlərinin bütün kompleksinin bərpasına həsr olunacaq.

“Bu, həmçinin Ukrayna münaqişəsinin nizamlanması üzrə mümkün danışıqların hazırlanmasına və iki prezident arasında görüşün təşkilinə həsr olunacaq”, - Rusiya prezidentinin mətbuat katibi bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər