PUA çoxmərtəbəli yaşayış binasını vurub
Tarix: 18-02-2025 10:34 | Bölmə: Dünya
PUA çoxmərtəbəli yaşayış binasını vurub

Bu gecə Rusiya ordusu “Şahed” tipli pilotsuz uçuş aparatları (PUA) ilə növbəti dəfə Ukraynaya hücum edib.

Reyting.az
xəbər verir ki, Kirovoqrad vilayətində kamikadze dron çoxmərtəbəli yaşayış binasına çırpılıb.

Kirovoqrad Vilayət Dövlət Administrasiyasının rəhbəri Andriy Raykoviçin sözlərinə görə, PUA Dolinskada çoxmərtəbəli binanı vurub.

“Üç zərərçəkən - bir ana və iki uşaq var. Onlara dərhal tibbi yardım göstərilib. Böyük qızın xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb. Sakinlər 38 mənzildən təxliyə olunub”, - o qeyd edib.

Bildirilir ki, Rusiya Ukraynanın mühüm obyektlərinə, xüsusən də enerji infrastrukturuna hücum etmək üçün “Şahed” pilotsuz təyyarələrindən fəal şəkildə istifadə edir. Ruslar xüsusilə qışda Ukraynanın enerji sistemini məhv etməyə çalışırlar.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər