ABŞ-nın vitse-prezidenti Zelenskiyə xəbərdarlıq edib
Tarix: 20-02-2025 00:16 | Bölmə: Dünya
ABŞ-nın vitse-prezidenti Zelenskiyə xəbərdarlıq edib

ABŞ-nın vitse-prezidenti J.D.Vens Ukrayna lideri Vladimir Zelenskini prezident Donald Trampa “hücum” etməmək xəbərdarlığı edib. J.D.Vens deyib ki, ictimai yerlərdə D. Trampa “palçıq atmaq” əks nəticə verəcək.

Reyting.az
bildirir ki, Amerikanın ikinci şəxsinin fikrincə, Ukrayna lideri Zelenski ABŞ-nın yeni administrasiyası ilə necə davranmaq barədə “pis məsləhətlər” alıb.

“Zelenskinin prezidentin fikrini ictimai mediaya ataraq onu dəyişdirəcəyini düşünə bilər, amma prezidenti tanıyan hər kəs bu administrasiya ilə mübarizə aparmağın dəhşətli bir yol olduğunu bilir”, - deyən J.D.Vens əlavə edib: “Biz Ukrayna xalqını sevirik. Əsgərlərin şücaətinə heyranıq, lakin düşünürük ki, bu müharibə tezliklə başa çatmalıdır. Bu, ABŞ Prezidentinin siyasətidir. Bu, Rusiyanın dezinformasiyasına əsaslanmır. Bu, Donald Trampın, məncə, geosiyasət haqqında çox şey bildiyinə və uzun müddətdir ki, güclü baxışlara malik olmasına əsaslanır”.

Qeyd edək ki, V. Zelenski D. Trampın Rusiyanın yaratdığı “dezinformasiya məkanında” yaşadığını bildirib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər