İran yeni sanksiya qərarına etiraz edir
Tarix: 26-02-2025 14:03 | Bölmə: Dünya
İran yeni sanksiya qərarına etiraz edir

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi ABŞ-nın İran nefti ilə bağlı məhsulların satışı və daşınmasında vasitəçilik etdikləri üçün müxtəlif ölkələrdə 30-dan çox şəxs və gəmiyə sanksiya tətbiq etmək qərarını pisləyib.

Reyting.az
xatırladır ki, ABŞ Maliyyə Nazirliyi fevralın 24-də “maksimum təzyiq kampaniyası” çərçivəsində İranın kölgə donanmasına əlavə sanksiyaların tətbiq edildiyini açıqlayıb. Bildirilib ki, İran nefti ilə bağlı məhsulların satışı və daşınmasını asanlaşdırdığı üçün müxtəlif ölkələrdən 30-dan çox fiziki şəxs və gəmi sanksiyalar siyahısına əlavə edilib.

Tehran ABŞ-nın yeni sanksiyalarının BMT nizamnaməsində göstərilən milli suverenliyə hörmət və millətlərin öz müqəddəratını təyinetmə prinsiplərinə zidd olduğunu bildirib. Rəsmi Tehran bəyan edib ki, Vaşqinqtonun qərarı ölkələr arasında sərbəst ticarəti tənzimləyən beynəlxalq hüquq qaydalarına ziddir.

ELÇİN




Bölməyə aid digər xəbərlər