İngiltərə xarici yardımları azaldır, müdafiə xərclərini artırır
Tarix: 26-02-2025 16:23 | Bölmə: Dünya
İngiltərə xarici yardımları azaldır, müdafiə xərclərini artırır

Böyük Britaniya hökuməti 2027-ci ilədək müdafiə xərclərini ÜDM-nin 2,5 faizinə qədər artırmağa qərar verib. Paralel olaraq, bu dövlət də xarici yardımları azaltmağa başlayacaq.

Reyting.az
"Reuters" agentliyinə istinadla bildirir ki, müdafiə xərclərinin 2027-ci ilə qədər ÜDM-nin 2,5 faizinə qədər artırılacağı barədə Böyük Britaniyanın baş nazir Keir Starmer açıqlama verib.

K. Starmer deyib ki, hazırda öz işini görən parlamentin səlahiyyəti başa çatanadək, 2029-cu ilə qədər artıq nəzərdə tutulan bu xərclər ÜDM-nin 3 faizinə qədər artacaq.

Baş nazir Vaşinqtona səfərə yollanmazdan əvvəl Böyük Britaniya parlamentində, İcmalar Palatasında çıxış edib. Starmer çıxış zamanı bəyan edib ki, hökumət "Soyuq müharibədən" sonra öz müdafiə xərclərinin ən yüksək artımı üzərində işə başlayacaq.

Starmer həmçinin bildirib ki, müdafiə xərclərinin artırılması inkişaf etməkdə olan ölkələrə ayrılan yardımları ÜDM-nin 0,5 faizdən 0,3 faizədək azaltmaqla maliyyələşdiriləcək.

Baş nazir əlavə edib ki, hakimiyyət ölkənin təhlükəsizliyi naminə bu çətin seçimi etməlidir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər