22:13 / 16-03-2025
Ziyadxan Əliyev vəfat edib
BMT bütün hərbi əməliyyatları dayandırmağa çağırır
Tarix: 17-03-2025 00:18 | Bölmə: Dünya
BMT bütün hərbi əməliyyatları dayandırmağa çağırır

BMT ABŞ-nın Yəmənə zərbə endirməsini narahatlıqla izləyir. BMT Baş katibinin ofisi bildirib ki, təşkilat maksimum təmkinli olmağa və bütün hərbi əməliyyatlara son qoymağa çağırır.

Reyting.az
-ın məlumatına görə, Baş katibin sözçüsü Stefan Düjarrik deyib ki, ABŞ-nın bir gecədə Yəmənin husilərin nəzarətində olan ərazilərində həyata keçirdiyi çoxsaylı zərbələrin ölüm və yaralanmalarla nəticələnməsi narahatlıq doğurur.

BMT həmçinin "Husilərin Qırmızı dənizdə gəmiçiliyə hücumlarını bərpa etmək təhdidlərindən" narahatdır. Baş katibin ofisi “maksimum təmkinli olmağa” və Yəməndə bütün hərbi əməliyyatlara son qoymağa çağırıb.

Xatırladaq ki, bundan əvvəl Husi Silahlı Qüvvələrinin Qırmızı və Ərəb dənizlərində ABŞ-nın bütün hərbi gəmilərinə hücum edəcəyi bildirilib. Husilərin 18 raket və pilotsuz uçan aparatdan istifadə edərək Amerikanın “USS Harry Truman” təyyarə gəmisinə və hərbi müşayiət gəmilərinə hücum etdiyi də vurğulanıb.

Qeyd edək ki, media ABŞ-nın Yəməndəki husi hədəflərinə zərbələrinin təxminən on saat davam etdiyini yazıb. Husilər də öz növbəsində “Amerika təcavüzünə” cavab verəcəklərini vəd ediblər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər