15:19 / 17-03-2025
Müğənni həbs edilib
Almaniya Ukraynaya daha 3 milyard avro ayıracaq
Tarix: 17-03-2025 17:41 | Bölmə: Dünya
Almaniya Ukraynaya daha 3 milyard avro ayıracaq

Almaniya 2025-ci ildə Ukraynaya yardımı 3 milyard avro artırmaqla bağlı qərar qəbul edib.

Reyting.az
xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Baerbok Brüsseldə Avropa İttifaqı Xarici İşlər Şurasının iclası başlamazdan əvvəl deyib.

“Əsas qanunda nəzərdə tutulan təhlükəsizlik və infrastruktura investisiyalara əlavə olaraq, 2025-ci ildə Ukraynaya dəstək üçün nəhayət, daha 3 milyard avro ayırmağımız da vacibdir. Bu o deməkdir ki, Almaniya ötən il olduğu kimi, Ukraynaya 7 milyard avro ayırmağa davam edəcək”, - o əlavə edib.

Nazirin sözlərinə görə, martın 18-də Almaniya konstitusiyasına müdafiəni maliyyələşdirmək üçün borcun əhəmiyyətli dərəcədə artırılmasına imkan verəcək və “Ukraynaya daha çox dəstək göstərəcək” düzəlişi ediləcək.

“Bu, Almaniyanın öz təhlükəsizliyinə, Ukraynanın təhlükəsizliyinə və Avropanın təhlükəsizliyinə ciddi yanaşdığına dair güclü bir siqnaldır. Sabah Almaniya Bundestaqında tarixi qərarla ictimaiyyətə açıqlayacağımız Avropa sülhünə töhfəmiz indiyə qədər heç vaxt belə miqyasda görülməmiş bir işdir”, - Baerbok vurğulayıb.

Yada salaq ki, hələ Almaniyada parlament seçkilərindən əvvəl Ukraynaya 3 milyard avronun ayrılması ehtimalı müzakirə olunurdu. Lakin kansler Olaf Şolts daha sonra bu məsələni gündəmdən çıxardı.

ELÇİN




Bölməyə aid digər xəbərlər