Husilər “Harri Trumen”ə zərbə endiriblər
Tarix: 19-03-2025 09:19 | Bölmə: Dünya
Husilər “Harri Trumen”ə zərbə endiriblər

Yəməndəki silahlı qruplaşma Qırmızı dənizdə ABŞ-nın təyyarədaşıyan gəmisinə hücum ediblər.

Reyting.az
xəbər verir ki, bu barədə “Ənsar Allah” hərəkatının yaratdığı Silahlı Qüvvələrin nümayəndəsi Yəhya Səriya “Telegram” kanalına bildirib.

O, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Harri Trumen” təyyarədaşıyan gəmisinə hücumda bir neçə qanadlı raket və pilotsuz uçan aparatdan istifadə edildiyini açıqlayıb.

Qeyd olunur ki, husilər son 72 saat ərzində gəmiyə dördüncü dəfə hücum ediblər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər