18:27 / 21-05-2025
AMİP qurultaya hazırlaşır
Üsyançılarla qarşıdurmada 27 nəfər öldürülüb
Tarix: 21-05-2025 17:51 | Bölmə: Dünya
Üsyançılarla qarşıdurmada 27 nəfər öldürülüb

Hindistanın Çatisqarh əyalətində təhlükəsizlik qüvvələri ilə maoçu üsyançıları arasında baş verən toqquşmalarda 27 üsyançı həlak olub.

Reyting.az
“The Indian Express”ə istinadla bildirir ki, Narayanpur rayonunda təhlükəsizlik qüvvələri ilə qiyamçılar arasında toqquşma baş verib.

Təhlükəsizlik qüvvələrinin bir üzvünün həyatını itirdiyi qarşıdurmalarda ən azı 27 üsyançı öldürülüb.

Hindistanın Daxili işlər naziri Amit Şah bildirib ki, ölən üsyançılar arasında təşkilatın yüksək vəzifəli rəsmisiləri də var.

Qeyd edək ki, Çinin inqilabçı lideri Mao Zedongdan ilhamlanan maoçu üsyançılar 1967-ci ildən bəri Hindistanın şimalında, şərqində və mərkəzində bir çox ştatlarda silahlı əməliyyatlar aparırlar.

Üsyançılar tayfaların və yoxsulların daha çox hüquqları uğrunda mübarizə apardıqlarını iddia edirlər.

Cənubi Asiya Terrorçuluq Portalının məlumatına görə, 1999-cu ildən bəri təhlükəsizlik qüvvələri ilə maoçu üsyançılar arasında baş verən toqquşmalarda 14 mindən çox insan, o cümlədən 8 min mülki şəxs həlak olub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər