18:27 / 21-05-2025
AMİP qurultaya hazırlaşır
Rusiya gəmilərini nəzarətə götürürlər
Tarix: 21-05-2025 18:14 | Bölmə: Dünya
Rusiya gəmilərini nəzarətə götürürlər

Rusiya Baltik dənizində casusluq edir, təxribatlar törədir və Avropa İttifaqı sanksiyalarından yayınaraq neft qaçaqmalçılığı ilə məşğul olur. Bu səbəbdən Fransa “Dupuy de Lome” kəşfiyyat gəmisini Baltik dənizinə göndərib.

Reyting.az
bu barədə Almaniyanın “Bild” nəşri yazıb.

Qeyd olunur ki, cümə günündən etibarən bu müasir kəşfiyyat gəmisi Baltik dənizində fəal şəkildə fəaliyyət göstərir. Bu gəmi Rusiyanın hərbi fəaliyyəti ilə bağlı radiosiqnalları və radarları tutmalı olsa da, məxfi missiya haqqında rəsmi məlumat verilmir.

Bildirilir ki, “Dupuy de Lome” Baltik dənizində tək deyil. Almaniya Hərbi Dəniz Qüvvələri də bu bölgədə fəal şəkildə kəşfiyyat aparır:

“Almaniyanın “Oker” kəşfiyyat gəmisi bir neçə həftədir ki, Kalininqrad yaxınlığında və Finlandiya körfəzindədir. “Oker” həmçinin elektromaqnit siqnallarının tutulması və qeydə alınması üzrə ixtisaslaşıb”.

ELÇİN




Bölməyə aid digər xəbərlər