Moskvanın hava limanlarında 37 reys gecikib
Tarix: 22-05-2025 17:28 | Bölmə: Dünya
Moskvanın hava limanlarında 37 reys gecikib

Moskva vilayətinin hava limanlarında - Şeremetyevo, Vnukovo, Domodedovo və Jukovskidə 37 aviareys iki saatdan çox yubanıb.

Reyting.az
TASS-a istinadla xəbər verir ki, Moskva vaxtı ilə saat 12:00-a olan məlumata görə, Moskva vilayətinin hava limanlarında - Şeremetyevo, Vnukovo, Domodedovo və Jukovskidə 37 reys 2 (iki) saatdan çox gecikib.

Mayın 21-22-də Rusiyanın mərkəzi hissəsində, o cümlədən Moskvada hava limanlarının fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib. Hazırda Domodedovo və Jukovski təyyarələri qəbul etmir və göndərmir.

Rosaviatsia bundan əvvəl Moskva aeroportunun terminallarında sərnişin sıxlığının olmadığını bildirmişdi.

ELÇİN




Bölməyə aid digər xəbərlər