12:42 / 23-05-2025
Sabah yağış yağacaq
ABŞ NATO üçün aydın plan istəyir
Tarix: 23-05-2025 10:51 | Bölmə: Dünya
ABŞ NATO üçün aydın plan istəyir

NATO “sərt müdafiə imkanlarına” diqqət yetirməklə, müdafiə xərclərində iqtisadi məhsulun 5 faizlik hədəfinə nail olmaq üçün dəqiq plan təqdim etməlidir.

Reyting.az
“Bloomberg”-ə istinadla xəbər verir ki, bunu ABŞ-nın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker deyib.

Daimi nümayəndə əlavə edib ki, 2014-cü il Uels sammitində razılaşdırılan vəddən fərqli bir şeyə ehtiyac var. Onun sözlərinə görə, hər kəs ÜDM-nin 2 faizini müdafiəyə xərcləməyə razılaşsa da, bu hədəflərə çatmaq üçün dəqiq addımlar atmağa ehtiyac duyulur. “Eyni zamanda, bütün müttəfiqlərimizin bunun hər şeydən əvvəl sərt müdafiə imkanları ilə bağlı olduğunu başa düşməsinə əmin olmalıyıq",- M. Uitaker bildirib.

Onu da qeyd edək ki, ABŞ NATO-nun iyuna planlaşdırılan Haaqa sammitindən sonra Amerika silahlı qüvvələrinin Avropa ölkələrindən çıxarılması üçün alyansdakı müttəfiqləri ilə məsləhətləşmələrə başlayacaq.

ELÇİN




Bölməyə aid digər xəbərlər