17:08 / 12-06-2025
Paşinyan Türkiyəyə gedir
İstanbul razılaşması: 1212 əsgərin cəsədi Ukraynaya qaytarılıb
Tarix: 11-06-2025 14:37 | Bölmə: Dünya
İstanbul razılaşması: 1212 əsgərin cəsədi Ukraynaya qaytarılıb

Həlak olmuş 1212 hərbçinin cəsədi Ukraynaya təhvil verilib.

Reyting.az
bildirir ki, bu barədə Hərbi Əsirlərlə Müalicə üzrə Koordinasiya Qərargahı (KShPPV) məlumat yayıb.

Qaytarılan cəsədlərin arasında Rusiya Federasiyasının Kursk vilayətində, eləcə də Xarkov, Luqansk, Donetsk, Zaporojya və Xerson vilayətlərində həlak olanlar da var.

Koordinasiya Qərargahının qeyd etdiyi kimi, həlak olan müdafiəçilərin cəsədi Təhlükəsizlik Xidməti yanında Birgə Mərkəzin, Ukrayna Silahlı Qüvvələrinin, Ukrayna Daxili İşlər Nazirliyinin, Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının, Xüsusi Komissiyanın Katibliyinin birgə işi nəticəsində qaytarılıb.

“Hüquq-mühafizə orqanlarının müstəntiqləri Daxili İşlər Nazirliyinin ekspert qurumları ilə birlikdə ölənlərin şəxsiyyətini ən qısa zamanda müəyyən edəcək”, - məlumatda deyilir.

Qeyd edək ki, iyunun 2-də İstanbulda keçirilən danışıqlarda Ukrayna və Rusiya nümayəndə heyətləri yeni hərbi əsir mübadiləsi və ölən əsgərlərin cəsədlərinin qaytarılması barədə razılığa gəliblər. Ukrayna nümayəndə heyətinin rəhbəri, Ukraynanın Müdafiə naziri Rustem Umerov bildirib ki, “biz 6 min ölü əsgərin cəsədinin (əvəzində) 6 minə qaytarılmasına razılaşdıq”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
3-06-2025, 18:26 Baş nazir istefa verib