09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
İran AEBA-nın qətnaməni pisləyib
Tarix: 12-06-2025 14:57 | Bölmə: Dünya
İran AEBA-nın qətnaməni pisləyib

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) Rəhbərlər Şurasının qəbul etdiyi qətnaməni pisləyib və bunu ABŞ və üç Avropa ölkəsinin siyasi motivli addımı adlandırıb.

Bu barədə İranın Xarici İşlər Nazirliyi və Atom Enerjisi Təşkilatı birgə bəyanatında qeyd edilib.

Bildirilib ki, bu addım siyasi motivlərə əsaslanır, texniki və hüquqi əsası yoxdur: “İran İslam Respublikası həmişə öz öhdəliklərinə sadiq qalıb və indiyə qədər Agentliyin heç bir hesabatında İranın nüvə materiallarında və fəaliyyətlərində uyğunsuzluq və ya yayınma hallarına toxunulmayıb”.

Qeyd edilib ki, İranın AEBA-nın “siyasi qətnaməsinə” cavab verməkdən başqa çarəsi yoxdur.

Bəyanatda əlavə olunub ki, İran Fordo obyektindəki köhnə sentrifuqaların qabaqcıl IR-6 maşınları ilə dəyişdirilməsini əmr edib: “Atom Enerjisi Təşkilatının rəhbəri təhlükəsiz zonada yeni zənginləşdirmə qurğusunun yaradılması və Fordo zənginləşdirmə sahəsindəki birinci nəsil sentrifuqaların qabaqcıl IR-6 maşınları ilə əvəz edilməsi barədə əmrlər verib. Əlavə tədbirlər nəzərdə tutulur və tezliklə elan ediləcək”.




Bölməyə aid digər xəbərlər
3-06-2025, 18:26 Baş nazir istefa verib