Mariya Zaxarovanın ironiyası...
Tarix: 13-06-2025 08:01 | Bölmə: Dünya
Mariya Zaxarovanın ironiyası...

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniyanın Xarici işlər naziri İohan Vadefulun “virusa yoluxduğunu” açıqlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Mariya Zaxarova “Telegram” kanalında yazıb.

O, İohan Vadefulun Rusiyanın “danışıqlara hazır olmadığını, ancaq müharibəyə can atdığını” iddia edən sözlərini şərh edərkən belə deyib:

“Görünür, Berbokdan sonra onu düzgün müalicə etməyiblər və Vadeful eyni virusa yoluxub”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
3-06-2025, 18:26 Baş nazir istefa verib