İsrail ordusu: İranın nüvə proqramına dəyən zərəri qiymətləndirmək hələ tezdir
Tarix: 25-06-2025 13:13 | Bölmə: Dünya
İsrail ordusu: İranın nüvə proqramına dəyən zərəri qiymətləndirmək hələ tezdir

“Biz əməliyyatın bütün məqsədlərinə, hətta düşündüyümüzdən də yaxşı nail olduq. Ancaq nəyisə müəyyən etmək hələ tezdir. Biz nüvə proqramının müxtəlif bölmələrinə endirilən zərbələrin nəticələrini araşdırırıq”.

Reyting.az
xəbər verir ki, bunu İsrail ordusunun (IDF) sözçüsü, briqada generalı Effie Defrin deyib.

Onun sözlərinə görə, İranın nüvə proqramına dəyən zərəri qiymətləndirmək “hələ tezdir”.

“Qiymətləndirmə ondan ibarətdir ki, biz nüvə proqramına ciddi ziyan vurmuşuq və deyə bilərəm ki, biz bunun üçün illəri geriyə çəkmişik”,- general əlavə edib.

Dünən axşam İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir bildirib ki, “biz İranın nüvə layihəsini illərlə geri çəkmişik və eyni şey onun raket proqramına da aiddir”.

Öz növbəsində ABŞ prezidenti Donald Tramp dəfələrlə İranın nüvə obyektlərinin dağıdıldığını bəyan etsə də, Amerika mediasının dərc etdiyi sızdırılmış məlumatlar bunun əksini göstərir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər