19:36 / 07-11-2025
Yaşar Güler Bakıya gəlib
16:45 / 07-11-2025
Tiktoker həbs edilib
Rusiyanın NATO sərhədlərini pozmasına səbəb nədir?
Tarix: 15-09-2025 14:36 | Bölmə: Dünya
Rusiyanın NATO sərhədlərini pozmasına səbəb nədir?

Rusiya dronları Polşa hava məkanını pozduqdan bir neçə gün sonra yenidən NATO üzvü olan Ruminiya sərhədlərini pozub.

Reyting.az
xatırladır ki, Rusiya dronları son 4 gündə iki dəfə NATO-nun sərhədlərini qanunsuz keçib.

ABŞ-nın Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirir ki, Rusiya rəsmiləri və Kremlyönümlü mənbələr pilotsuz təyyarələrin müdaxiləsinə görə məsuliyyəti inkar etməkdə və NATO dövlətlərinin pilotsuz təyyarələrin müdaxiləsinə reaksiyasını azaltmaqda davam edirlər.

Analitiklərin fikrincə, ehtimal ki, Rusiya NATO-nun imkanlarını və dronların müdaxiləsinə reaksiyasını qiymətləndirməyə çalışır, gələcəkdə NATO-ya qarşı mümkün münaqişələrdə öyrəndiyi dərsləri tətbiq etmək ümidi ilə qiymətləndirməyə davam edir.

Onu da xatırladaq ki, sentyabrın 13-də Polşa Rusiya pilotsuz təyyarəsinin müdaxiləsi təhlükəsi ilə əlaqədar yenidən döyüş təyyarələrini havaya qaldırıb. Eyni zamanda, Rumıniyanın şimalında Rusiya pilotsuz təyyarəsinin dağıntılarının düşmə təhlükəsi ilə əlaqədar xəbərdarlıq elan edilib.

Bundan əvvəl, sentyabrın 10-na keçən gecə rus dronları Polşanın hava məkanına daxil olub.

ELÇİN




Bölməyə aid digər xəbərlər