Braziliyanın eks-prezidenti xəstəxanaya yerləşdirilib
Tarix: 17-09-2025 08:18 | Bölmə: Dünya
Braziliyanın eks-prezidenti xəstəxanaya yerləşdirilib

2019-2023-cü illərdə Braziliyaya rəhbərlik etmiş Jair Bolsonaronun səhhəti pisləşdiyi üçün paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilib.

Reyting.az
xəbər verir ki, bu barədə CNN telekanalı yerli mənbələrə istinadla məlumat yayıb.

“Sabiq prezident Jair Bolsonaro çərşənbə axşamı günortadan sonra kriminal polis əməkdaşlarının müşayiəti ilə xəstəxanaya aparılıb”,- məlumatda deyilir. Qeyd olunur ki, həkimlər Braziliyanın keçmiş liderinin qan təzyiqinin aşağı olduğunu müəyyən ediblər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər