Ukrayna dəmir yollarına yenidən zərbələr endirilib
Tarix: 18-09-2025 10:42 | Bölmə: Dünya
Ukrayna dəmir yollarına yenidən zərbələr endirilib

Sentyabrın 18-nə keçən gecə ruslar Ukraynanın bir sıra bölgələrinə hücum edib.

Reyting.az
xəbər verir ki, hücumun hədəfi yenə “Ukrayna Dəmir Yolları”nın infrastrukturu olub.

Poltava Vilayət Hərbi Administrasiyasının rəhbəri Volodimir Koqutun sözlərinə görə, ruslar Mirqorod rayonundakı dəmir yolu infrastrukturuna aviazərbələr endirib. Nəticədə yanğınlar başlayıb və Fövqəladə Hallar Nazirliyinin bölmələri yanğının qarşısını alıb. Bir nəfərin yaralandığı bildirilir.

“Ukrzaliznitsia” dəqiqləşdirib ki, bölgədə gecə saatlarında atılan mərmilər səbəbindən dəmir yolunun bir neçə hissəsi elektriksiz qalıb, ehtiyat teplovozlar da yerləşdirilib. Hazırda bir neçə sərnişin qatarı üç saata qədər gecikir:

“Səhər saat 7:00-a olan məlumata görə, dağıntıların qarşısı alınıb, elektrik enerjisi bərpa olunub. Qatarlar (şəhərətrafı qatarlar da daxil olmaqla) normal rejimdə işləməyə davam edəcək”, - məlumatda deyilir.

Qeyd edək ki, sentyabrın 17-nə keçən gecə Rusiya “Şahed” dronları ilə Çerkassı və Kirovoqrad vilayətlərində infrastruktura zərbələr endirərək yanğınlar törədiblər. Xüsusilə dəmir yolları əsas hədəf olub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər