14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
Tarix: 18-09-2025 14:14 | Bölmə: Dünya
Taylandla Kamboca arasında gərginlik yenidən artıb

Tayland və Kamboca arasında toqquşmalara səhnə olan mübahisəli sərhəd kəndində yenidən qarşıdurma olub.

Reyting.az
xəbər verir ki, Tayland təhlükəsizlik qüvvələrinin kambocalı etirazçılara müdaxiləsi nəticəsində ən azı 23 mülki şəxs yaralanıb.

Taylandın Sa Kaeo əyalətindəki Ban Nong Ya Kaev kəndi ilə Kambocanın Bantheay Meanxey əyalətindəki Prey Xan kəndi arasındakı toqquşmanın baş verdiyi əraziyə hər iki ölkənin sahiblik iddiası var.

Ötən ay Tayland tərəfi sərhəd boyu hasar çəkdikdən sonra keçirilən etiraz aksiyası zamanı gərginlik daha da artıb. Tayland təhlükəsizlik qüvvələri Kamboca vətəndaşlarına rezin güllə və gözyaşardıcı qazla cavab verib.

Hadisələrlə bağlı açıqlama verən Kamboca hökumət rəsmisi Neth Pheaktranın iddiasına görə, Tayland rəsmiləri sərhəddi pozub, ən azı 23 Kamboca vətəndaşının yaralayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər