Ukrayna hərbçiləri Rusiyanın iki təyyarəsini yandırıb
Tarix: 25-09-2025 10:33 | Bölmə: Dünya
Ukrayna hərbçiləri Rusiyanın iki  təyyarəsini yandırıb

Ukrayna ordusu Krımda Rusiyaya məxsus iki “An-26” təyyarəsini yandırıb.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) məlumat yayıb.

“GUR-un xüsusi təyinatlı “Kabuslar” bölməsinin mütəxəssisləri müvəqqəti işğal olunmuş Krım ərazisində düşmənin yüksək dəyərli hədəflərini məhv etməkdə davam edir”, - deyə GUR-dan bildiriblər.

Kəşfiyyat mənbələrinin məlumatına görə, yarımadada reyd zamanı xüsusi təyinatlılar “An-26” nəqliyyat təyyarəsindən ikisini yandırıblar. Yerüstü radar və “MR-10M1 Mys M1” sahil radarı da zədələnib.

GUR əlavə edib ki, Krımda işğalçı orduya verilən bu itkilər Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sentyabrın 24-nə olan hesabatında qeyd olunub.

Ukrayna tərəfi “An-26”-ların yandığını göstərən video da yayımlayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər