Saakaşvili Ukraynada nə ilə məşğul olmaq istədiyini açıqladı
Tarix: 07-05-2019 10:01 | Bölmə: Dünya
Saakaşvili Ukraynada nə ilə məşğul olmaq istədiyini açıqladı

Gürcüstanın keçmiş prezidenti deyib ki, Ukraynada hansısa vəzifə tutmağa hazırlaşmır.

Reyting.az xarici mətbuata istinadla bildirir ki, onun həmin ölkəyə qayıtmaq istəyi gənclərə məsləhətlər vermək və mühazirə oxumaqla bağlıdır.

Saakaşvili Ukraynanın yeni prezidentinə kömək etməsini də arzulayır.

“İndi özümün əsas məqsədimin bəzi vədlərin reallaşmasında bildiklərimlə ona kömək etməkdə görürəm. Mən ancaq məsləhətlərimi bölüşə bilərəm, Ukraynada heç bir vəzifə istəmirəm, təbii ki, axtarmıram və onları tutmağaha hazırlaşmıram”, - keçmiş prezident vurğulayıb.

Vladimir Zelenskinin vəzifəsinin icrasına rəsmən başlamasından sonra Saakaşvili Ukraynaya gəlməsi üçün razılıq ala bilməsi məsələsini yenidən qaldıracaq.

Saakaşvili Kiyevdəki dostlarının yanında olmaq, eləcə də Ukrayna gənclərini hazırlamağı arzulayır.

“Onları hazırlamaq, məsləhət vermək, onlara mühazirə oxumaq lazımdır”, -Saakaşvili qeyd edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}