20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Ərdoğan 6 min vəzifəli şəxsin cəzalandırılmasını istəyir
Tarix: 10-05-2019 10:15 | Bölmə: Dünya
erdogan-manset-hede.jpg

Türkiyə prezidenti Ərdoğan İstanbulda 23 iyunda keçiriləcək təkrar bələdiyyə seçkilərində qanunazidd hərəkətlərə yol verən 6 mindən çox seçki görəvlisinin hər biri haqda şikayət edəcəklərini açıqlayıb.

Reyting.az
-ın məlumatına görə. o, İstanbulda keçirləcək təkrar seçki ilə bağlı danışarkən deyib ki, əgər saxtakarlığa yol verilməsəyi, CHP-nin namizədi 1 səslə belə qalib gəlsəydi belə , nəticəni qəbul edəcəkdilər: "Bəli, o zaman gözümüz, başımız üstə qəbul edərdik. Lakin bu seçkidə hər cür saxtakarlıq halları üzə çıxdı. Ona görə seçkinin yenilənməsi normaldır, düzdür".

Ərdoğan sonda deyib ki, saxtakarlığa yol verən 6 mindən çox dairə, məntəqə seçki vəzifəlilərinin hər biri haqda şikayət edəcəklər: "Onlar cəzalanmalıdır".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər