Türkiyə yenə şəhid verdi
Tarix: 11-05-2019 23:08 | Bölmə: Dünya
Türkiyə yenə şəhid verdi

Türkiyənin Tunceli şəhər Jandarma Qüvvələri bu gün PKK terrorçuları ilə çıxan atışmada şəhid verib.

Reyting.az
Türkiyə mətbuatına istinadən xəbər verir ki, jandarma qüvvələrinin PKK üzvlərinə "Təslim ol" tələbinə atəşlə cavab verilməsindən sonra Pülümür rayonunda bir neçə saat davam edən atışma çıxıb.

Nəticədə bir terrorçu məhv edilib. Jandarma qüvvələrindən isə bir əsgər şəhid olub.

Rəsmi məlumata görə, bölgədə mövcud olan terrorçulara qarşı geniş əməliyyat davam edir.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}