13:08 / 26-03-2026
Sabah yağış yağacaq
Bəqai: İran Yaxın Şərq ölkələrinə müharibə elan etməyib
Tarix: 16-03-2026 17:08 | Bölmə: Dünya

Bəqai: İran Yaxın Şərq ölkələrinə müharibə elan etməyib

ABŞ Yaxın Şərq ölkələrinin ərazilərindən İrana hücumlar etsə də, Tehran həmin ölkələrə müharibə elan etməyib.

Reyting.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

Bəqai brifinqdə deyib ki, əraziləri İrana hücum üçün istifadə olunmasına baxmayaraq, İran regiondakı heç bir ölkəyə müharibə elan etməyib.

Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda Tehran da daxil olmaqla, İrandakı hədəflərə zərər və mülki itkilər barədə məlumatlarla zərbə endirməyə başlayıblar. İran İsrail ərazisinə, eləcə də Yaxın Şərqdəki ABŞ hərbi hədəflərinə cavab zərbələri endirir. İran ətrafında gərginlik Fars körfəzi ölkələrindən qlobal bazara neft və mayeləşdirilmiş təbii qazın çatdırılması üçün əsas marşrut olan Hörmüz boğazının faktiki olaraq blokadasına səbəb olub və həmçinin regionda neft ixracı və istehsalının səviyyəsinə təsir göstərib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər