13:08 / 26-03-2026
Sabah yağış yağacaq
İsrailin neft emalı zavoduna və elektrik yarımstansiyasına zərbə endirilib
Tarix: 19-03-2026 20:15 | Bölmə: Dünya

İsrailin neft emalı zavoduna və elektrik yarımstansiyasına zərbə endirilib

İran qüvvələri İsrailin Hayfa şəhərində yerləşən neft emalı zavoduna və elektrik yarımstansiyasına raket zərbəsi endirib.

Reyting.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

İsrail ordusu (İDF) İranın Hayfadakı neft emalı zavoduna zərbə endirməsi barədə məlumatları təsdiqləyib.

"Times of Israel" qəzeti İDF-yə istinadla yazıb ki, neft emalı zavoduna zərbə İranın ballistik raketinin düşən qalıqları nəticəsində dəyib.

Lakin İDF şimal sahil şəhərinin hədəflərinə birbaşa raket zərbələri endirilmədiyini vurğulayıb. İsrailin energetika naziri Eli Koen hücumun "infrastruktura ciddi ziyan vurmadığını" bildirib.

Onu da qeyd edək ki, daha əvvəl İran mediası Hayfa neft emalı zavoduna zərbələrin endirildiyini və elektrik kəsintilərinin olduğunu bildirib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər