13:08 / 26-03-2026
Sabah yağış yağacaq
Kolumbiyadakı təyyarə qəzasında çoxsaylı insan həlak olub
Tarix: 24-03-2026 09:26 | Bölmə: Dünya

Kolumbiyadakı təyyarə qəzasında çoxsaylı insan həlak olub

Kolumbiya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "C-130 Hercules" hərbi nəqliyyat təyyarəsi ölkənin cənubunda, meşəlik ərazidə qəzaya uğrayıb.

Reyting.az-ın məlumatına görə, bu barədə təyyarənin havaya qalxdığı Puerto-Legisamo şəhərinin təhlükəsizlik və inzibati idarəetmə üzrə baş köməkçisi Karlos Klaros "The Wall Street Journal" nəşrinə telefonla bildirib.

Son məlumatda qeyd olunur ki, qəza nəticəsində azı 66 hərbi qulluqçu həlak olub.

Həlak olanlar arasında Kolumbiya HHQ-nin 6, Milli Ordunun 58 və Milli Polisin 2 hərbi qulluqçusu var.

Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi davam edir, eyni zamanda, dörd hərbçi itkin düşmüş hesab olunur.(Report)





Bölməyə aid digər xəbərlər