Trampla Putin arasında görüş gözlənilir
Tarix: 13-05-2019 17:43 | Bölmə: Dünya
Trampla Putin arasında görüş gözlənilir

Vaşinqton ABŞ prezidenti Donald Tramp və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş keçirilməsi üçün qarşı tərəfə müraciət edib.

Bu barədə Rusiyanın "Kommersant" qəzeti Dövlət Departamentinə yaxın mənbəyinə istinadən məlumat verib.

Öz növbəsində, RBK telekanalı bildirib ki, ABŞ prezidentlər arasında danışıqların iyun ayının sonuna planlaşdırılan Yaponiyanın Osaka şəhərində keçiriləcək G-20 sammiti çərçivəsində aparılmasını təklif edib.

Qeyd edək ki, daha əvvəl Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Ryabkov Putin ilə Tramp arasında görüş keçiriləcəyini istisna etməyib.

Xatırladaq ki, sonuncu dəfə Putin və Tramp mayın 3-də telefon danışığı vasitəsilə ünsiyyət qurublar. Həmin vaxt dövlət başçılarının söhbəti, təxminən, saat yarım davam edib. Kremldən danışığın Vaşinqtonun təşəbbüsü ilə həyata keçirildiyini qeyd ediblər.

Prezidentlərin son şəxsi görüşü isə ötən ilin iyul ayında Helsinkidə keçirilib.




Bölməyə aid digər xəbərlər