Mayk Pompeo: "Əgər Şimali Koreya öhdəlikləri yerinə yetirsə..."
Tarix: 14-05-2019 22:32 | Bölmə: Dünya
Mayk Pompeo: "Əgər Şimali Koreya öhdəlikləri yerinə yetirsə..."

Şimali Koreya öhdəlikləri yerinə yetirərsə, ABŞ bu ölkəyə tətbiq etdiyi sanksiyaları ləğv edəcək.

TASS xəbər verir ki, bunu RF xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

“Məqsədimiz Şimali Koreyanın nüvəsizləşməsidir. Bu barədə vədlərini yerinə yetirdiklərindən sonra sanksiyalara xitam verəcəyik”, - dövlət katibi qeyd edib/Report.




Bölməyə aid digər xəbərlər
7-11-2024, 08:30 Beyrut yenə bombalanıb