20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Avropada avtomobil alanların sayı azalıb - Statistika
Tarix: 17-05-2019 18:02 | Bölmə: Dünya
Avropada avtomobil alanların sayı azalıb

Avropa İttifaqında elektromobillərin və hibrid avtomobillərin sayı 7 dəfə artıb, ancaq ümumilikdə 2019-cu ilin yanvar-aprel aylarında yüngül avtomobillərin satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz azalaraq 5,3 milyon ədədə çatıb.

Reyting.az xarici mediaya istinadla bildirir ki, bu barədə Avropa avtomobil istehsalı assosiasiyasının hesabatında qeyd edilir.

Minik avtomobilləriin satışının azalması 2018-ci ildən başlayıb.

Aprel ayında Avropa İttifaqında avtomobil satışı 1,3 nilyon təşkil edib ki, bu da ötənilki göstəricidən 0,4 faiz azdır.

2019-cu ilin ilk 4 ayında Almaniya və Fransada bazar demək olar dəyişməz qalıb. Ancaq İtaliyada (-4,6 faiz), İspaniyada (-4,5 faiz) və Böyük Britaniyada (-2,7 faiz) 2018-ci ilin həmin dövrü ilə müqayisədə qeydiyyat aşağı düşüb.

Aprel ayının nəticəsinə görə, Avropa İttifaqının iri milli bazarları müxtəlif tələbat nəticəsi göstərib. Belə ki, İspaniya (+2,6 faiz), İtaliya (+1,5) və Fransa (+0,4 faiz) 2018-ci ilin apreli ilə müqayisədə o qədər də böyük olmayan artım nümayiş etdirib. Ancaq Böyük Britaniyada (-4,1 faiz) və Almaniyada (-1,1 faiz) tələbat azalıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər