Əfqanıstanda 40-dan çox "Taliban" yaraqlısı məhv edilib
Tarix: 21-05-2019 17:41 | Bölmə: Dünya
Əfqanıstanda 40-dan çox "Taliban" yaraqlısı məhv edilib

Əfqanıstanın güc strukturlarının Qəzni vilayətində həyata keçirdikləri əməliyyatlar zamanı radikal "Taliban" hərəkatının azı 42 yaraqlısı məhv edilib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Əfqanıstan hökumətinin nümayəndəsinin verdiyi məlumata görə, əməliyyat dünən gecə aviasiyanın dəstəyi ilə keçirilib.

O əlavə edib ki, öldürülmüş 42 silahlı arasında "Taliban" komandiri və vətəndaşlığı dəqiq bilinməyən altı əcnəbi olub.




Bölməyə aid digər xəbərlər