Fransa Türkiyə ərazisinə raket kompleksi yerləşdirmək istəyir
Tarix: 22-05-2019 11:46 | Bölmə: Dünya
Fransa Türkiyə ərazisinə raket kompleksi yerləşdirmək istəyir

“Fransa “SAMP-T” Hava Hücumundan Müdafiə Sistemini müvəqqəti olaraq Türkiyə ərazisində yerləşdirməyi təklif edib.

Bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

“Biz bu məsələ ilə bağlı danışıqların müəyyən mərhələsinə çatmışıq. Fransa Türkiyə ərazisində “SAMP-T” kompleksini yerləşdirməyi təklif edib. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk”, - Hulusi Akar vurğulayıb.

Qeyd edək ki, Türkiyə hərbçiləri “S-400”lə bağlı Rusiyada təlim keçirlər/Report.




Bölməyə aid digər xəbərlər