Rusiyanın Xəzər donanmasında aviasiya eskadrilyası yaradılacaq
Tarix: 22-05-2019 12:05 | Bölmə: Dünya
Rusiyanın Xəzər donanmasında aviasiya eskadrilyası yaradılacaq

Rusiyanın Xəzər donanmasında "Be-200" təyyarələri və "Mi-14" helikopterlərindən ibarət aviasiya eskadrilyası yaradılacaq.

Bu barədə RİA "Novosti"yə Xəzər donanmasının komandiri kontr-admiral Sergey Pinçuk məlumat verib.

Onun sözlərinə görə, eskadrilya Kaspiysk şəhərində yerləşəcək.

Donanma komandir əlavə edib ki, ilin sonunadək Xəzər donanmasının sahil qüvvələrinin tərkibində "Bal" raket kompleksinin divizionu formalaşdırılacaq/Report.




Bölməyə aid digər xəbərlər