İftar süfrəsində çəkilən foto müzakirə predmeti oldu - Foto
Tarix: 22-05-2019 23:58 | Bölmə: Dünya
İftar süfrəsində çəkilən foto müzakirə predmeti oldu

Ramazan günləri müxtəlif İslam ölkələrində rəsmilərin iftar qonaqlığına getməsi adi hal alıb. Bir çoxları bu ziyarətləri əks etdirən fotoları sosial şəbəkələrdə paylaşır.

Amma İranın Xorrəmşəhr bölgəsinin Məsləhət Şurasındakı nümayəndəsi Abdullah Saməri iftar süfrəsi başında çəkilmiş fotosuna etiraz edib.

Reyting.az “Əlif” saytına istinadla xəbər verir ki, Xorrəmşəhər təmsilçisi bu sayaq ziyarətləri yalnız əhalinin gündəlik problemlərini öyrənmək üçün vasitə hesab edir.

"Sahəyə baş çəkdikdən və yerli əhali ilə görüşdükdən sonra iftara dəvət aldım. Fotoşəkil də göstərir ki, iftar zamanı mən telefonla danışıram, yəni insanların problemləri ilə məşğul oluram, lakin bəzi adamlar iftar süfrəsinin zənginliyini müzakirə edirlər”.

Saməri bildirib ki, süfrədə qarşısına ətlə dolu qab qoyulsa da, o, təam dadmayıb. Çüki həkimlərin məsləhəti ilə o, qırmızı ət yemir.

İftar süfrəsində çəkilən foto müzakirə predmeti oldu




Bölməyə aid digər xəbərlər