Polşada təbii fəlakət: Evləri, məktəbləri, uşaq bağçalarını su basdı
Tarix: 23-05-2019 01:02 | Bölmə: Dünya
Polşada təbii fəlakət: Evləri, məktəbləri, uşaq bağçalarını su basdı

Mayın 22-də Polşanın üç regionunda qasırğa və güclü yağış səbəbindən evləri su basıb, onlarla insan köçürülüb.

Reyting.az xarici mediaya istinadla bildirir ki, təbii fəlakətə görə ən çətin vəziyyət Malopolski qubernatorluğunda yaranıb. Son sutkada xilasedicilər 350 dəfədən çox zirzəmilərdən suyun çəkilməsi üçün çağırışlara gediblər.

Dombrovedə təkcə evləri yox, uşaq bağçaları, məktəbləri, kinoteatrları və idman mərkəzlərini də su basıb.

Hazırda leysan demək olar dayanıb, ancaq meteoroloqlar cənub-şərq regionunda güclü yağışla bağlı xəbərdarlıq edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər