ABŞ Rusiyanın Əsədi dəstəkləməsinə təəccüblənib
Tarix: 23-05-2019 01:24 | Bölmə: Dünya
ABŞ Rusiyanın Əsədi dəstəkləməsinə təəccüblənib

Moskvanın öz maraqlarının müdafiəsi üçün Suriya prezidenti Bəşər Əsədi dəstəkləməsi mütləq deyil.

Reyting.az xarici mediaya istinadla bildirir ki, bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri deyib.

Onun sözlərinə görə, Vaşinqton hesab edir ki, Rusiya tərəfi özünün Suriyadakı hərbi varlığını uzunmüddətli perspektivdə daha az saxlamaq və İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının məhvinə nail olmaq istəyir. Eyni zamanda o Əsədi dəstəkləməkdə səhvə yol verir, halbuki digər variandan istifadə edə bilər.

Xüsusi nümayəndə əlavə edib ki, Moskva Suriya münaqişəsində iki rolda oynaya bilər. Birincisi – bu münaqişənin həllinə kömək edə bilər. İkincisi – elə edə bilər ki, münaqişə daha da gərginləşər.

Reyting.az




Bölməyə aid digər xəbərlər