Cinayətkar qruplaşmaların atışmasında 9 nəfər öldü
Tarix: 23-05-2019 15:02 | Bölmə: Dünya
Cinayətkar qruplaşmaların atışmasında 9 nəfər öldü

Meksikada iki cinayətkar qruplaşmanın toqquşması 9 nəfərin ölümü və 4 nəfərin yaralanması ilə nəticələnib.

Reyting.az xarici mediaya istinadən bildirir ki, Miçokakan ştatının baş prokurorluğundan verilən məlumata görə, atışma Uruapan şəhərində qeydə alınıb.

Döyüş ərazisində ölənlərin meyitləri və yaralılar, eləcə də Meksika ordusunda istifadə edilən iriçaplı silah aşkar olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər