Avropa Parlamentinə seçkilər başlayıb
Tarix: 24-05-2019 09:17 | Bölmə: Dünya
Avropa Parlamentinə seçkilər başlayıb

Mayın 23-də Avropa Parlamentinə (AB) dörd günlük seçkilər başlanıb, Niderland və Britaniyada məntəqələr açılıb.

Mayın 26-da bitəcək seçkilər Avropada populistlərin və millətçilərin populyarlığının artdığı, Britaniyanın AB-dən çıxmağa çalışdığı bir dönəmə təsadüf edir.

Ümumilikdə 751 deputat seçiləcək, ancaq Britaniya AB-dən çıxınca bu rəqəm 705-ə düşəcək.

İfrat-sağçı partiyalar seçki kampaniyası dövründə AB-də bürokratiyanın azaldılması, immiqrasiyaya məhdudiyyət qoyulmasını təbliğ ediblər.

Fransa Prezidenti Emmanuel Makron deyib ki, indi əsas məsələ son altı onillik ərzində formalaşmış AB vəhdətini dağıtmaq istəyən “dağıtma və parçalama koalisiyasına güzəştə getməməkdir”.

Seçki öncəsi populistlər birlikdə görünməyə çalışıblar. Mayın 18-də İtaliyanın miqrasiyaya qarşı çıxan Daxili işlər naziri Matteo Salviniylə yürüşə 10 başqa millətçi lider qoşulub. Onların sırasında Fransanın Millətçi Yürüş partiyasının lideri Marine Le Pen və Almaniya üçün Alternativ partiyasının rəhbəri Jorj Meysten olub.(Strateq.az)




Bölməyə aid digər xəbərlər