07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Yaponiyada temperatur rekordu müəyyənləşdi
Tarix: 26-05-2019 20:00 | Bölmə: Dünya
Yaponiyada temperatur rekordu müəyyənləşdi

Yaponiyanın Xokkaydo adasında bu gün səhər görünməmiş istilər hökm sürür.

Reyting.az xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin milli meteorologiya idarəsi məlumat yayıb.

Saroma qəsəbəsində havanın temperaturu 39,5 dərəcəyə qədər yüksəlib. Obixiro şəhərində isə temperatur 127 il əvvəlki rekordu keçib – 38,8 dərəcə isti olub.

Tokioda havanın hərarəti 32 dərəcədən yuxarı olub. Qonşu Saytama prefekturasında havanın hərarəti 35,8 dərəyəcə çatıb.

Xatırladaq ki, 2018-ci ilin iyul ayında Yaponiyada güclü leysan yağışları nəticəsində 200 nəfərdən çox adam ölmüşdü. Sonra bu ölkəyə öldürücü isti yay havası gəlib: 140 nəfər həlak olub, on minlərlə insan xəstəxanalara yerləşdirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}